İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Ben Uayt yayda komandasını dəyişə bilər.
“İki sahil” xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində Premyer Liqanın digər təmsilçisi "Everton" maraqlıdır.
Futbolçunun transferə çıxarılmasının səbəbi büdcə ilə bağlı yaranan çətinliklər olduğu bildirilib. Müdafiəçi, həmçinin, cari mövsümdə Yurriyen Timberin uğurlu çıxışından sonra əsas heyətdəki yerini də itirib.
Qeyd edək ki, B.Uayt bu mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq