Azərbaycan milli qastronomiya komandası İspaniyanın Barselona şəhərində keçirilən I Beynəlxalq Aşpazlar Çempionatı - “Alimentaria 2026” yarışında uğurla çıxış edərək bürünc medala layiq görülüb.
“İki sahil” yazır ki, yarışda ölkəmiz Dövlət Turizm Agentliyinin dəstəklədiyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən formalaşdırılmış milli komanda ilə təmsil olunub. Müsabiqə formatına uyğun olaraq iştirakçılar iki - başlanğıc və əsas yemək hazırlayıblar. Komandaların çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.
Çempionatda Azərbaycanla yanaşı İspaniya, İtaliya, Portuqaliya, Mərakeş və Rumıniya komandaları iştirak edib. Münsiflər heyətinə müxtəlif ölkələri təmsil edən beynəlxalq dərəcəli kulinariya ekspertləri daxil olub.
Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“WorldChefs”) tərəfindən dəstəklənən çempionat beynəlxalq “Alimentaria” qida sərgisi çərçivəsində baş tutub. Tədbir qlobal qastronomiya sənayesinin aparıcı nümayəndələrini bir araya gətirən nüfuzlu platforma hesab olunur.
Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də xidmətlərlə təmin edilir
Polşa Azərbaycanlıları Şurası Akademik Zərifə Əliyevaadına təqaüd proqramına start verir