İranın xarici işlər naziri Abbas Əraqçi İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Dəhükdəki evinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Khabar Fouri"nin "Telegram" kanalında məlumat yayılıb.
"PUA hücumunu qınayır, Neçirvan Bərzaniyə cansağlığı arzulayıram",- Əraqçi bildirib.
Onun fikrincə, ABŞ və İsrail belə hücumlarla qonşu ölkələr arasında gərginlik yaratmaq və münaqişəni daha geniş əraziyə yaymaq istəyir.
Qeyd edək ki, rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir