Çinin Tokiodakı səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası (NHK) məlumat yayıb.
Bildirilib ki, hərbçi saxlanılan zaman onun üzərində hər hansı silah olmayıb, lakin onun gizləndiyi kolluqda soyuq silah tapılıb. Hərbçi polisə təhvil verilib və hazırda onun ifadəsi alınır.
O etiraf edib ki, Çinin Tokiodakı səfirindən Yaponiyaya ünvanlanan sərt bəyanatlar verməyi dayandırmağı tələb etmək istəyib. Əsgər, həmçinin Çinin diplomatik nümayəndəliyinin rəhbərinin gözü qarşısında intihar etmək niyyətini ifadə edib.
Çin Xarici İşlər Nazirliyi bununla bağlı Tokioya ciddi etirazını bildirib və Çin vətəndaşlarına Yaponiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir