Nargis Fund tərəfindən təşkil olunan ənənəvi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası hazırda Fəvvarələr Meydanı ərazisində keçirilir və 13 aprel 2026-cı ilədək davam edir. “İki sahil” xəbər verir ki, “Bee Happy” konsepti ilə təşkil olunan yarmarka bahar ab-havası, rəngarəng dekorlar və tematik zonalarla ziyarətçilərə bayram əhvalı bəxş edir. Ərazidə qurulan dekorativ evlər, restoranlar, foto və oyun zonalarında qonaqlar müxtəlif yeməklər dadır, əyləncələrdə iştirak edir və suvenirlər əldə edirlər.
Tədbir xeyriyyə məqsədi daşıyır — toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir. Yarmarka hər gün saat 11:00-dan 23:00-dək açıqdır və giriş ödənişsizdir.
Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də xidmətlərlə təmin edilir
Polşa Azərbaycanlıları Şurası Akademik Zərifə Əliyevaadına təqaüd proqramına start verir