Küveytin hava hücumundan müdafiə sistemləri ötən gün ölkənin hava sahəsinə daxil olan 3 ballistik raketi və 17 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu məlumat Küveyt Müdafiə Nazirliyinin bəyanatında əks olunub. Müdafiə Nazirliyinin sözçüsü Səud əl-Atvan bildirib ki, İranın əl-Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq anbarını hədəf alması nəticəsində baş verən yanğın söndürülüb. Bundan başqa, səmada zərərsizləşdirilmiş raketin qəlpələri yaşayış binasına düşüb. Xəsarət alanlar olmayıb.
ABŞ dörd Hindistan şirkətinə qarşı tətbiq etdiyi anti-Rusiya sanksiyalarını ləğv edib
Bosniya böhranı: ABŞ və Avropa yeni idarəçinin təyinatında razılığa gələ bilmədilər