02 aprel 2026 11:25
137

YAP Nizami rayon təşkilatının könüllüləri və gəncləri Qubanın tarixi-memarlıq abidələri ilə tanış olublar

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının könüllüləri və gəncləri “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar həyata keçirilən “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində Quba rayonunda partiyanın yerli təşkilatının dəstəyi ilə bir sıra tarixi-memarlıq abidələri ilə tanış olublar.

“İki sahil” xəbər verir ki,  Quba rayonuna səfər zamanı könüllülər və gənclər öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Sonra 1894-cü ildə inşa edilmiş “Ərdəbil”, 1802-ci ildə inşa olunmuş “Cümə”, 1905-ci ildə tikilmiş “Hacı Cəfər” məscidləri, eləcə də XVIII-XIX əsrlərə aid edilən və Şərq memarlığının incilərindən sayılan Hündür Gümbəzli hamam kimi tanınan tarixi abidə, 1924-cü ildən müxtəlif adlarla fəaliyyəti qurulan Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi, 1946-cı ildə salınmış Nizami parkı, “Qırx pilləkən”, inşası XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə təsadüf edən Şərq üslublu Tağlı körpü və “Qırmızı qəsəbə” ilə tanış olublar.

Tanışlıq zamanı tarixi abidələr və məkanlar haqqında ətraflı məlumatlar verilib. Könüllülərin və gənclərin Azərbaycanın qədim bölgələrindən biri olan Qubanın tarixi abidələri ilə tanışlığı onlarda zəngin təəssürat yaradıb.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli”ndə görülən işlərə töhfə məqsədilə həyata keçirilən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi ilin sonuna qədər davam edəcək və Azərbaycanın bir çox tarixi məkanları, abidələri ziyarət olunacaq.