02 aprel 2026 11:36
117

Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 5 milyard azalıb

"Rusiyanın və Ermənistanın qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ildə Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma kursu ilə bağlı bəyanatları fonunda 5,1 milyard dollar azalıb".

“İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk deyib. 

Onun sözlərinə görə, hələ 2024-cü ilin sentyabrında Rusiya tərəfi tərəfdaşlarını xəbərdar etmişdi ki, Aİ-yə qoşulmaqla bağlı ritorika sahibkarların əhval-ruhiyyəsinə mənfi təsir göstərir.

“Yalnız Aİ ilə yaxınlaşma barədə bu söhbətlərin özü Rusiya-Ermənistan münasibətlərinə real olaraq 5,1 milyard dollara başa gəldi”, - o, TASS-a açıqlamasında bildirib. 

Overçukun təqdim etdiyi məlumatlara əsasən, 2024-cü ilin yekunlarına görə ikitərəfli ticarətin həcmi 11,5 milyard dollar təşkil edib. Lakin 2025-ci ildə, ilkin statistikaya görə, bu göstərici 6,4 milyard dollara düşüb.