Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin ölkədə VPN xidmətlərinin məhdudlaşdırılması ilə bağlı Rəqəmsal İnkişaf Nazirliyinə hər hansı tapşırıq verdiyi barədə onun məlumatı yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
O, bu açıqlamanı jurnalistlər üçün keçirdiyi brifinq zamanı verib. “Belə bir tapşırıq barədə mənə heç nə məlum deyil”, - deyə Peskov müvafiq suala cavabında qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Aleksandr Yuşenko VPN xidmətlərindən istifadəyə görə cərimələrin tətbiqi ideyasını şərh etmişdi.