02 aprel 2026 13:29
107

Çin Cənubi Çin dənizində hərbi baza tikir

Çin Cənubi Çin dənizində ən böyük hərbi bazasının tikintisinə başlayıb.

“İki sahil” xəbər verir ki,  "The Wall Street Journal" nəşrinin yazdığına görə, Çin regionda genişmiqyaslı tikinti kampaniyası həyata keçirir. Bu çərçivədə əvvəllər az tanınan riflərdən biri genişləndirilərək mübahisəli sularda yerləşən ən iri hərbi obyektlərdən birinə çevrilə bilər.

Söhbət Cənubi Çin dənizi ətrafında davam edən ərazi mübahisələri fonunda aparılan layihədən gedir. Bu bölgə bir neçə ölkə arasında mübahisəli sayılır və strateji əhəmiyyətə malikdir.

Bundan əvvəl də Çinin hərbi texnologiyalar sahəsində yeni addımlar atdığı bildirilmişdi. Məlumatlara görə, ölkə piyada tüfəngi ilə təchiz olunmuş pilotsuz uçuş aparatını sınaqdan keçirib. Həmçinin, elektrik stansiyalarını sıradan çıxara biləcək yeni silah sistemlərinin hazırlanması barədə xəbərlər yayılmışdı.