İran hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi üçün xüsusi beynəlxalq sənədin hazırlanmasını təklif edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə hökumətin informasiya şurasının rəhbəri Elyas Hazrati açıqlama verib.
Məlumata görə, təşəbbüs ölkə hökumətinin rəsmi Telegram kanalında yayımlanıb. Təklif olunan “Hörmüz paktı” strateji əhəmiyyətə malik bu boğazdan keçən tranzit üçün aydın və rəsmi qaydaların müəyyənləşdirilməsini nəzərdə tutur.
Hazrati bildirib ki, bu sazişin imzalanmasında region ölkələri ilə yanaşı, həmin marşrutdan aktiv istifadə edən Asiya və Avropa dövlətləri də iştirak edə bilər.
Onun sözlərinə görə, “Hörmüz paktı” adlı regional və beynəlxalq mexanizmin İranın himayəsi altında yaradılması mümkündür.