02 aprel 2026 14:41
116

Paşinyan Putinlə dəmir yolu ilə bağlı danışıqlar apardığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyası məsələsini müzakirə etdiyini bildirib.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir bu gün brifinqdə jurnalistlərə açıqlayıb.

"Bizim ətraflı söhbətimiz oldu, öz mövqelərimizi və baxışlarımızı bildirdik, eləcə də rusiyalı tərəfdaşlarımızın mövqelərini dinlədik. Bizim Rusiya ilə problemimiz yoxdur, dostluq münasibətlərimizi yüksək qiymətləndiririk və heç bir şəkildə Rusiyanın maraqlarına zərər vurmaq istəmirik", - o deyib.

Paşinyan qeyd edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasının üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəbin olmadığını bildirib.