02 aprel 2026 15:18
108

Milli Məclisin deputatı Azər Badamov “Erkən kəsimə son” kampaniyasına qoşulub

Milli Məclisin deputatı Azər Badamov Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub.
“İki sahil” xəbər verir ki, millət vəkilinin sözlərinə görə, quzuların erkən yaşda kəsilməsi yerli cinslərin sayının kəskin azalmasına səbəb olur. Mövcud vəziyyət isə xaricdən heyvan ətinin tədarükünü zəruri edir. Ona görə də insanların bu kampaniya vasitəsilə maariflənməsi çox vacibdir.
“Bu azalmanın kökündə dayanan əsas səbəblərdən biri mal-qaranın və xırdabuynuzlu heyvanların erkən yaşlarında kəsilməsi ilə bağlıdır. Təbii ki, bu yolverilməzdir. Çünki quzu və dana əti erkən yaşlarında bioloji cəhətdən də lazımi səviyyəyə gəlmir. Yəni əzələ kütləsi yığılmır. Bu hal həmçinin mal-qaranın və xırdabuynuzlu heyvanların sayının azalmasına da kəskin təsir göstərir. Bunun baş verməməsi üçün isə yeni çağırışlar olmalıdır. Çağırışlar ondan ibarətdir ki, xırdabuynuzlu heyvanların kəsimi altı-doqquz aydan sonra həyata keçirilməlidir”, – deyə, deputat bildirib.
Azər Badamov çağırış edib ki,   bu aksiyaya cəmiyyətin hər bir üzvü qoşulmalıdır.