02 aprel 2026 15:56
122

Biz heç vaxt bu variantı dəstəkləməmişik - Makron

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının məcburi şəkildə açılması üzrə hərbi əməliyyat ideyasını qeyri-real adlandırıb.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə boğazın yenidən açılmasına kömək etmək çağırışını şərh edərkən jurnalistlərə bildirib.

E.Makron qeyd edib ki, ABŞ tərəfindən vaxtaşırı səsləndirilən güc yolu ilə həll təklifləri Fransada dəstək tapmır: "Biz heç vaxt bu variantı dəstəkləməmişik, çünki onu qeyri-real hesab edirik".

Fransa Prezidenti əlavə edib ki, belə bir əməliyyat həddindən artıq çox vaxt tələb edər və gəmiçilik üçün ciddi risklər yaradardı: "Bu, uzun müddət çəkər və boğazdan keçən hər kəsi inqilab keşikçilərinin, eləcə də ballistik raketlərin təhlükəsinə məruz qoyardı".