02 aprel 2026 16:35
107

Akkreditasiyası prosesində əsas diqqət hansı göstəricilərə yönəldilir?- SƏDR AÇIQLADI

Ali təhsil müəssisələrinin (ATM) akkreditasiyası iki səviyyədə həyata keçirilir: institusional və proqram. İnstitusional akkreditasiya müəssisənin ümumi fəaliyyətinin qiymətləndirilməsinə yönəlir. Burada əsas diqqət idarəetmə, strateji planlaşdırma, tələbəyönümlü tədrisin təşkili, tədris resursları, akademik heyətin kvalifikasiyası, elmi-tədqiqat fəaliyyəti, maddi-texniki baza, beynəlmiləlləşmə və daxili keyfiyyət təminatı sisteminin dəyərləndirilməsinə yönəldilir.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Tural Əhmədov “İki sahil”ə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, proqram akkreditasiyası isə yalnız müvafiq təhsil proqramının qiymətləndirilməsini hədəfləyir. Burada proqramın tərtibi, tələbəyönümlü tədris, maraqlı tərəflərin (tələbələr, işəgötürənlər və akademik heyətin) iştirakı, akademik heyətinin kvalifikasiyası, resurslar, həmçinin proqramın davamlı monitorinqi və təkmilləşdirilməsi istiqamətində fəaliyyət qiymətləndirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”