Akkreditasiya Komissiyası akkreditasiya qiymətləndirməsini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixində təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq həyata keçirir.
Bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Tural Əhmədov “İki sahil”ə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, institusional akkreditasiya 7 istiqamət, 30 meyar və 271 indikator üzrə, proqram akkreditasiyası isə 12 meyar və 106 indikator üzrə qiymətləndirilir. Qiymətləndirmə prosesi Özünütəhlil Hesabatının təhlili, ali təhsil müəssisələrinin (ATM) nümayəndələri ilə aparılan müsahibələr, sahə baxışı zamanı müşahidələr – dərs müşahidələri, təhsilalanlar arasında sorğuların keçirilməsi və yerində baxış zamanı sənədlərin araşdırılması əsasında aparılır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən ÇATIŞMAZLIQLAR HANSILARDIR?
Akkreditasiyası prosesində əsas diqqət hansı göstəricilərə yönəldilir?- SƏDR AÇIQLADI