02 aprel 2026 22:57
127

İnklüziv inkişafda özəl sektorun rolu- Elnar Musayev yazır

Müasir dövrdə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası sosial siyasətin mühüm istiqamətlərindən biridir. Bu sahədə dövlət tərəfindən ardıcıl addımlar atılır və mühüm nəticələr əldə olunur.

Lakin bu prosesin daha geniş miqyas alması üçün özəl sektorun dəstəyi xüsusi əhəmiyyət daşıyır. Özəl şirkətlər malik olduqları resurslar və imkanlar sayəsində inklüziv iş mühitinin inkişafına mühüm töhfə verə bilərlər. Fiziki məhdudiyyətli şəxslərin iş həyatına cəlb olunması yalnız sosial məsuliyyət deyil, eyni zamanda müxtəlif bilik və bacarıqların biznes mühitinə inteqrasiyası deməkdir. Bu şəxslər texnologiya, təhsil, yaradıcılıq və digər sahələrdə yüksək potensiala malikdirlər.

İnklüziv yanaşmanın tətbiqi şirkətlərdə innovativ düşüncənin inkişafına, komanda müxtəlifliyinin artmasına və ümumi səmərəliliyin yüksəlməsinə müsbət təsir göstərir. Eyni zamanda, bu istiqamətdə atılan addımlar sosial sahənin güclənməsinə və cəmiyyətin daha balanslı inkişafına mühüm töhfə verir. Beləliklə, özəl sektorun bu sahədə göstərdiyi təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasında və sosial rifahın yüksəlməsində mühüm rol oynayır.

Elnar Musayev,
İşıqlı İstedadlar layihəsinin rəhbəri