Göygöldə bədbəxt hadisə baş verib.
“İki sahil” APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Hüseynov bu gün hadisə baş verən restoranda oğluna toy məclisi keçirirmiş.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər