Gəncə Birləşmiş Uşaq Xəstəxanasında uşaq ölümü qeydə alınıb.
“İki sahil” "Report"a istinadla xəbər verir ki, hərarəti olan 2025-ci il təvəllüdlü, Şəmkir rayon Alabaşlı kənd sakini A. S. xəstəxanaya çatdırılıb.
Xəstəxanada 1 yaşlı körpəyə sistem köçürülüb. Lakin bundan sonra uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
Meyit Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir
Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər