Qusarda sel aparan şəxsin meyiti tapılıb
“İki sahil” xəbər verir ki, Qusarın Gündüzqala kənd ərazisindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulovu çayın suyu aparıb.
Aparılan axtarışlar nəticəsində F. Rəsulovun meyiti tapılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.