05 aprel 2026 19:40
119

İsrailin zərbələri nəticəsində Qəzzanın şimalında dörd nəfər həlak olub

İsrailin Qəzza zolağının şimalına endirdiyi aviazərbələr nəticəsində dörd fələstinli həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" yerli səhiyyə orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, aviazərbə Qəzza şəhərindəki Yaffa küçəsində bir qrup insana endirilib, dörd nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

İsrail Müdafiə Qüvvələri (İMQ) zərbələrin İsrail qoşunlarının dislokasiya məntəqələri yaxınlığında fəaliyyət göstərən yerli qruplaşmanın döyüş hücrəsi üzvlərini hədəf aldığını bildirib.

Fələstinin HƏMAS hərəkatı və İsrail 2025-ci ilin oktyabrında razılaşdırılmış və iki illik tammiqyaslı müharibəni dayandıran atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birinin üzərinə atırlar. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs haqqında saziş bağlanandan bəri İsrailin hücumları nəticəsində ən azı 700 nəfər həlak olub. İsrail iddia edir ki, həmin dövr ərzində Qəzzadakı yaraqlılar İMQ-nin dörd hərbçisini öldürüblər.