05 aprel 2026 21:12
115

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Ukrayna və Suriyadan olan həmkarları - Andrey Sibiqa və Əsəd Şeybani ilə görüş keçirib.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, H. Fidan daha əvvəl Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin bu ölkənin rəhbəri Əhməd Əl Şaraa ilə keçirdiyi görüşdə də iştirak edib.