05 aprel 2026 21:21
123

PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu

Niderlandın PSV klubu ardıcıl üçüncü dəfə Erediviziyanın qalibi olub.

“İki sahil” xəbər verir ki, Eyndhoven təmsilçisi çempionatın bitməsinə 5 tur qalmış qızıl medalları təmin edib. 

Buna ən yaxın izləyicisi "Feyenoord"un 29-cu turda xal itirməsi səbəb olub. Belə ki, Rotterdam təmsilçisi "Volendam" səddini keçə bilməyərək (0:0) "qırmızı-ağlar"a çatmaq şansını tamamilə itirib. Hazırda ikinci pillədə qərarlaşan "Feyenoord" liderdən 17 xal geri qalır. Niderland çempionatında ilk üçlüyü isə "Neymegen" tamamlayır. Bu uğurla PSV tarixində 27-ci dəfə Niderland çempionu adını qazanıb. Klubun aktivində həmçinin 11 ölkə Kuboku, 15 Superkubok, o cümlədən beynəlxalq titullar sayılan Avropa Çempionlar Kuboku və UEFA Kuboku yer alır.

Qeyd edək ki, 29-cu tur çərçivəsində keçirilən PSV - "Utrext" matçı çempionun 4:3 hesablı qələbəsi ilə başa çatıb.