05 aprel 2026 23:45
96

Çempionlar Liqası qalibi klubunu dəyişir

"Mançester Siti"nin müdafiəçisi Con Stounz klubunu dəyişə bilər.

“İki sahil” xəbər verir ki, "talkSPORT" nəşrinin xəbərinə görə, 31 yaşlı futbolçu "şəhərlilər"lə yeni müqavilə imzalamağı planlaşdırmır və bu yay komandanı tərk etməyə hazırlaşır.

Məlumata görə, ingiltərəli oyunçu ilə sabiq klubu "Everton" maraqlanır. Mersisayd təmsilçisi vəziyyəti yaxından izləyir və müdafiəçini yenidən "Qudison Park"a qaytarmaq variantını nəzərdən keçirir. Bununla yanaşı, "Bavariya" kimi Avropa nəhənglərinin də təcrübəli futbolçunu transfer etmək niyyətində olduğu vurğulanır.

Qeyd edək ki, təxminən 10 ildir "Mançester Siti"nin şərəfini qoruyan və klubun qızıl dövrünün əsas simalarından birinə çevrilən Stounz bu müddət ərzində 6 dəfə İngiltərə Premyer Liqasının, həmçinin Çempionlar Liqasının və bir sıra digər titulların qalibi olub.