06 aprel 2026 09:47
106

Bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

“İki sahil” xəbər verir ki, bu barədə cəmiyyətin mətbuat xidmətindən məlumat verilib. “Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

Aramsız külək və yağışın qatarların görünmə məsafəsini və səsinin eşidilməsini məhdudlaşdıra biləcəyini nəzərə alaraq sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, - deyə məlumatda bildirilir.