"Ceffri Epşteyn hələ də sağdır".
“İki sahil” xəbər verir ki, amerikalı sahibkar İlon Maskın atası Errol Mask bu fikri "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.
"O, mütləq sağdır... Buna şübhə yoxdur", - deyə o, bildirib.
Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərlə bağlı rəsmi açıqlama inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur. O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yatıblar.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-a qədər) yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə əlaqədardır.
Qeyd edək ki, amerikalı iş adamı Ceffri Epşteyn pedofillik, cinsi istismar və insan alverində ittiham olunaraq həbs edilib. O, 2019-cu ildə saxlanıldığı kamerada ölü tapılıb.