06 aprel 2026 11:15
190

NBA: Türkiyəli basketbolçunun komandasından çətin qələbə

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi qarşılaşma keçirilib.

“İki sahil” xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Qolden Steyt Uorriors”a 117:116 hesabı ilə qalib gəlib. Bununla da ev sahibləri müntəzəm çempionatında ardıcıl dördüncü məğlubiyyətini alıb.

Texas klubunun heyətində Kevin Dürent 31, Alperen Şengün 24, Cabari Smit 23, Amen Tompson 18, Rid Şeppard isə 11 xalla yadda qalıb. “Qolden Steyt”də isə zədədən qayıdan Stefen Körri komandasının ən məhsuldar oyunçusu olub. O, 29 xal toplayıb. Brendin Podzyemski 18, Gi Santos isə 15 xalla fərqlənib.

Hazırda “Hyuston Rokets” Qərb Konfransının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Qolden Steyt Uorriors” isə 10-cu yerdədir.

Matçların nəticələri

“Klivlend Kavalyers” - “İndiana Peysers” – 117:108

“Nyu Orleans Pelikans” - “Orlando Mecik” – 108:112

“Dallas” - “Los-Anceles Leykers” – 134:128

“Qolden Steyt Uarriors” - “Hyuston Rokets” – 116:117

“Oklahoma Siti Tander” - “Yuta Caz” – 146:111

“Minnesota” - "Şarlot Hornets" – 108:122

“Sakramento” - “Los-Anceles Klippers” – 109:138.