06 aprel 2026 18:39
174

Beyni yuyulmuş Ara yenə sarsaqladı

İt unu kimi yayılan ermənilər ağızlarına sümük atılan keçmiş ağalarına daha çox sığınıblar. Onlar üçün orada heç bir qadağa olmadığı üçün özlərini balıq suda olduğu kimi aparırlar. Rusiya Erməniləri İttifaqının prezidenti, iş adamı, milyarder Ara Abramyan Moskvada başına topladığı yolunu azan-təzənlərlə görüş keçirib. Görüşdə Ermənistanda keçiriləcək parlament seçkiləri, öz istəkləri ilə Qarabağdan beş il əvvəl köçüb öz vətənlərinə getmiş ermənilərin vəziyyəti və hazırkı Rusiya-Ermənistan münasibətləri müzakirə edilib.

Qızışdırıcı mövqedən çıxış edən Ara Abramyan qeyd edib ki, bu gün Ermənistanda baş verənlər yalnız utancverici kimi təsvir edilə bilər. Onun sözlərinə görə, hökumət öz xalqını qorxudur. “Bu gün əgər hökumət yalnız öz xalqının rifahı üçün çalışsaydı, Ermənistan dünyanın aparıcı ölkələrindən biri olardı” - deyə Abramyan bildirib.

 Ara həqiqəti demiş olsaydı öz xalqının cəlladı Robert Koçaryanı və Serjik Sarkisyanı lənətləməli idi. Çünki parlamentin spikerini, vitse-spikeri, baş naziri, üç deputatı və iki naziri güllələdib öldürən Koçaryan idi. Nümayişə çıxmış erməniləri atəşə tutduran, bir neçə nəfərin ölümünə, xeyli insanın həbsinə hökm verən digər cinayətkar isə cırtdan Serjik Sarkisyan idi. Ancaq Ara eşşəkləri deyil, palanı döyəcləyir. Çünki həqiqəti deməz, axı o, tipik ermənidir.

Görüşdə kilsə-hökumət qarşıdurması xüsusi müzaklirə mövzusu olub. Bu mövzuda Ara lap həddini keçib: “Erməni kilsəsi Paşinyanın elan etdiyi qondarma Dördüncü Respublikadan 1700 il böyükdür və katolikos təkcə Ermənistanda yaşayanların deyil, bütün dünyadakı ermənilərin mənəvi lideridir. Ermənistan rəhbərinin müdaxilə etmək və kilsənin başında sadiq bir fiqur oturtmağa çalışmaq üçün nə mənəvi, nə də hüquqi səlahiyyəti var”.

Aranın məntiqinə görə, baş nazir kürsüdə müqəvva kimi oturmalı, kadr dəyişikliyi etməməlidir. Qəribə məntiqdir. İnsanları qırmaq olar, amma qonşularla düşmənçiliyi qızışdıran cinayətkar katolikosa “gözün üstə qaşın var” demək olmaz.

Sağını-solunu dalayan həyasız Abramyan görüşdə Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub. Bu yaramaza görə, Ermənistanın öz dövlət mənafeyini deyil, Azərbaycanı razı salmaq üçün hərəkət edir.

“Müharibədə ikitərəfli kompromis qələbədir. Lakin birtərəfli kompromis məğlubiyyətdən daha pisdir. Xalqımız Qarabağı tərk etdi, əmlaklarını, fabriklərini, emalatxanalarını, məktəblərini və muzeylərini qoyub getdi. Kompromis də elə bu idi.”

Görürsünüzmü iyrənc daşnak nələr deyir? Unudur ki, Qarabağ torpağı da, oradakı əmlak da, nə varsa hamısı Azərbaycana məxsusdur. Ancaq beyni yuyulmuş gicbəsər dığa “kor atını köndələn çapmaqda” davam edir: “Bütün bu müddət ərzində kompromislə yaşamışıq. Sülhə çatmaq üçün bir komissiya yaratdıq, vasitəçilərlə-Rusiya, Fransa və Amerika ilə daim görüşdük. Və bu, işə yaraya bilərdi; sadəcə bir az cəsarət lazım idi. Amma təəssüf ki, Ermənistan rəhbərliyində bu cəsarət çatmırdı. Onlar birtərəfli kompromisi seçdilər. Prinsipcə, burada heç bir kompromis olmamalı idi. Biz güclü olmalı idik, amma təəssüf ki, dünyada yalnız Rusiya, Amerika, Avropa İttifaqı və Çin güclü adlandırıla bilər. Onlardan kim bizi müdafiə etməyə hazırdır?

Abırsız Ara sonra guya çıxış yolu göstərərək bildirir ki, Rusiya-Ermənistan münasibətləri ən aşağı səviyyədədir. Əlbəttə, bunun günahkarı baş nazir Nikol Paşinyandır. “Ən böyük dostumuz Rusiyadır. O, bizim müdafiəmizdir. Rusiya ilə Ermənistan arasında dostluq əlaqələri zəifləyib-bu, əvvəllər heç vaxt olmayıb! Hamı buna kimin günahkar olduğunu çox yaxşı başa düşür”, - deyə Abramyan sayıqlayıb.

Rusiyada yaşayan zəngin iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan başqa cür danışa bilməz. Çünki o, Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən sərsəm açıqlamaları ilə tanınıb. Bütün çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Türkiyə və anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Yəni, “Daşnaksütyun”un proqramını icra etməyə cəhd göstərir. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən, Nikol Paşinyanı devirmək üçün hər yola əl atan revanşist qruplara dəstək verir. 

Vəli İlyasov, “İki sahil”