Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Ağayev Əli Hacıağa oğluna məxsus “Ağ Saray” şadlıq evində yoxlama keçirib.
“İki sahil” xəbər verir ki, baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.
BMT-nin Dövlət Xidmətləri Forumunda Azərbaycanda son illər aparılan sosial islahatların uğurları barədə məlumat verilib
Süni intellekt və rəqəmsal texnologiyalar gələcək əmək bazarını formalaşdıran əsas amillərdən biridir - MÜSAHİBƏ