Xəstələrin qan ehtiyacı Respublika Qan Bankı vasitəsilə, planlı və müntəzəm şəkildə qarşılanır. Transfuziyalar təhlükəsizlik standartlarına uyğun aparılır və hər xəstə üçün fərdi qrafik müəyyən olunur. Müntəzəm müalicə və həkim nəzarəti əsas şərtdir.
Bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Talassemiya bölməsinin Baş həkimi Səhər İsmayılova “İki sahil”ə özəl müsahibəsində bildirib.
Baş həkim əlavə edib ki, xəstələr dərmanlarını vaxtında qəbul etməli, infeksiyalardan qorunmalı, balanslı qidalanmalı və ağır fiziki yüklənmədən çəkinməlidirlər. Eyni zamanda, psixoloji rahatlıq və sosial aktivlik də həyat keyfiyyəti üçün vacibdir.
Yaqut Ağaşahqızı,”İki sahil”
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?