08 aprel 2026 09:43
229

Kişi voleybolçuların Yüksək Liqasında yarımfinal oyunlarına start verilib

Kişi voleybolçuların Yüksək Liqasında yarımfinal oyunlarına start verilib.

“İki sahil” xəbər verir ki,  FHN-in İdman Zalında keçirilən yarımfinal qarşılaşmalarında “Murov Az Terminal” komandası “Xilasedici” ilə, “ORDU” isə “Neftçi” ilə üz-üzə gəlib. Hər iki görüşdə qalib 3 setdə müəyyən olunub: “Xilasedici” və “ORDU” rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, reqlamentə əsasən yarımfinal mərhələsinin oyunları ev və səfər prinsipi ilə iki qarşılaşmadan ibarət olacaq. İki oyunun nəticəsinə görə qələbə sayı bərabər olarsa, qalib qızıl set vasitəsilə müəyyən ediləcək.

Komandalar arasındakı cavab görüşləri aprelin 14-də keçiriləcək.

Oyunların nəticələri

7 aprel 2026

Yüksək Liqa (kişilər) | yarımfinal, 1-ci oyun

“Murov Az Terminal” – “Xilasedici” 0:3 (20:25, 18:25, 18:25)

“ORDU” – “Neftçi” 3:0 (25:12, 25:14, 25:16)