08 aprel 2026 11:25
163

“İqtisadi islahatlar” jurnalının 13-cü sayı çap olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 13-cü sayı işıq üzü görüb.

“İki sahil” xəbər verir ki, jurnalın sonuncu sayında çap edilən səkkiz məqalə “Süni intellekt və dayanıqlı inkişaf məqsədləri: qlobal perspektiv və Azərbaycan konteksti”, "Rəqəmsallaşmanın iqtisadiyyatda rolu", "Azərbaycanda xalis ixracın dəyişməsinin multiplikativ effektlərinin qiymətləndirilməsi", "Azərbaycanda işsizik dərəcəsinin fərd başına düşən ümumdaxili məhsula təsirinin ekonometrik təhlili", "Turizmin Azərbaycan regionlarının maliyyə dayanıqlığına təsiri", “Azərbaycanda rəqəmsal infrastrukturun inkişafının turizm sektorunun rəqabət qabiliyyətinə təsiri”, "Mərkəzi və Şərqi Avropa ölkələrində institusional keyfiyyətin CO2 emissiyalarına təsiri", "Orta dəhlizlə bağlı fundamental tədqiqat əsəri” kimi aktual mövzuları əhatə edir.

Qeyd edək ki, “İqtisadi islahatlar” ölkəmizin ən nüfuzlu elmi jurnallarından biridir və onun beynəlxalq bazalarda indeksləşdirilməsi istiqamətində fəaliyyət uğurlu nəticələr verir. Artıq jurnal nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) hesab edilən Norveçin “ERIH+” bazası tərəfindən indeksləşdirilib (https://erihplus.hkdir.no/journal?id=509184). Eyni zamanda jurnalın bütün sayları “Internet Archive”ə (archive.org) yerləşdirilib. “Internet Archive” 1996-cı ildən fəaliyyət göstərən qeyri-kommersiya rəqəmsal kitabxanadır. Bu platforma istifadəçilərə milyonlarla kitab, məqalə və veb-səhifələrə pulsuz çıxış verir. Bura məlumatların, o cümlədən elmi tədqiqatların uzunmüddətli qorunması üçün vacib resurs hesab olunur (https://archive.org/details/httpsereforms.gov.azazpublications4). Hazırda jurnalın digər beynəlxalq xülasələndirmə və indeksləmə bazaları tərəfindən indeksləşdirilməsi istiqamətində iş davam edir.