Məşhur ulduz Meril Strip ilə “Vogue” jurnalının keçmiş baş redaktoru Anna Vinturun qan qohumu ola biləcəyi iddia olunur. Genealoji araşdırmalarla məşğul olan "Ancestry" şirkətinin apardığı təhlil göstərib ki, 76 yaşlı bu iki qadın altıncı dərəcəli qohumdurlar. Onların ortaq ulu babaları və ulu nənələri mövcuddur. Məşhurların nümayəndələri isə hələlik bu xəbərə münasibət bildirməyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.
Qeyd edilir ki, Strip Nyu-Cersi ştatında böyüyüb, Vintur isə London şəhərində. Buna baxmayaraq, hər iki ailənin kökləri Pensilvaniya ştatına gedib çıxır. Məhz burada aktrisanın ana xətti üzrə əcdadları, eləcə də Vinturun nənəsi yaşayıb.
Maraqlıdır ki, “Şeytan Prada geyinir” romanının müəllifi Loren Vaysberqer də həmin ştatdan — Pensilvaniyadandır.
Qeyd edək ki, Meril Strip məşhur redaktor Miranda Pristli obrazına filmin davamında yenidən qayıdacaq. Filmin davamının dünya üzrə nümayişinin 1 may tarixində başlanması planlaşdırılır.