Milli Məclisin deputatı Müşfiq Cəfərov Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub.
“İki sahil” xəbər verir ki, millət vəkilinin sözlərinə görə, əvvəllər körpə quzulara münasibət başqa idi və onların kəsilməsi günah hesab olunurdu.
“Mən də Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi kampaniyaya qoşuluram və dəstəkləyirəm. Sonuncu statistik rəqəmlərə baxdıqda, hesab edirəm ki, burada, ictimaiyyətin də fəallığına çox böyük ehtiyac var. İctimaiyyət bunu birmənalı dəstəkləməlidir” – deyə, deputat bildirib.
Millət vəkili vətandaşlara çağrış edərək bildirib ki, sağlamlığımızı qorumaq və ərzaq təhlükəsizliyinin təmin olması naminə bu kampaniyada aktiv iştirak etmək çox vacibdir.