08 aprel 2026 11:49
201

MEMİM-in təşkilatçılığı ilə II Uşaq Teatrı Festivalı çərçivəsində ustad dərsləri keçirilib

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə aprelin 7-də Bakıda II Uşaq Teatrı Festivalı keçirilib.

“İki sahil” xəbər verir ki, peşəkar milli teatrımızın yaranmasının 153-cü ildönümünə həsr olunan festival çərçivəsində Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ustad dərsləri təşkil edilib.

“Mən və teatr: uşaq və kukla tamaşalarının peşəkar əsasları” mövzusunda ustad dərsi rejissor Elşad Rəhimzadə tərəfindən aparılıb. “Əlahəzrət aktyor şəxsiyyət və müəllif kimi” mövzusunda ustad dərsi isə Əməkdar artist Qasım Nağının iştirakı ilə gerçəkləşib.

Ustad dərslərində iştirakçılara komanda ruhunda çalışmaq, səhnə mədəniyyəti və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradılıb. Uşaq və yeniyetmələr təlimdə nəzəri məlumat əldə edib, eyni zamanda praktiki məşğələlər vasitəsilə öz yaradıcılıq potensiallarını daha da inkişaf etdirmək imkanı qazanıblar.

Ustad dərsləri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.