08 aprel 2026 14:05
117

Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib

Prezident İlham Əliyev "Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" 1 may 1995-ci il tarixli sərəncamında dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Kollegiyaya Komitənin aparat rəhbəri daxil edilib.