08 aprel 2026 14:22
148

Əgər iranlılar bizimlə səmimi əməkdaşlığa hazır olsalar... - Vens

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran ilə əldə olunan atəşkəsi “kövrək” kimi qiymətləndirib və Tehranı uzunmüddətli razılaşma üçün “səmimi danışıqlara” çağırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə Budapeşt şəhərinə səfəri zamanı danışıb. France-Presse agentliyinin məlumatına görə, Vens bildirib ki, əgər iranlılar bizimlə səmimi əməkdaşlığa hazır olsalar, düşünürəm ki, razılaşma əldə edə bilərik.

Vitse-prezident əlavə edib ki, əgər İran danışıqlar masasına oturmasa, bunun nəticələri olacaq. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “zarafat edənlərdən deyil” və “irəliləyişə nail olmaqda səbirsizdir”.

Vens bu açıqlamaları ilə əldə olunan atəşkəsin hələ də qeyri-sabit olduğunu və tərəflər arasında yekun razılaşmanın əldə olunmasının danışıqların gedişindən asılı olacağını vurğulayıb.