08 aprel 2026 20:27
111

Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək

Sabah Bakının Sabunçu və Binəqədi rayonlarının bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Məlumata əsasən, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.