08 aprel 2026 20:55
139

Gürcüstan ABŞ və İran arasında atəşkəsi alqışlayıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran İslam Respublikası arasında elan olunan atəşkəsi alqışladıqlarını bəyan edib.

“İki sahil” xəbər verir ki, hökumət başçısı bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, rəsmi Tbilisi bu razılaşmaya səbəb olan vasitəçilik səylərini yüksək qiymətləndirir.

"Gürcüstan Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında atəşkəs elanını alqışlayır və bunun mümkünlüyünə səbəb olan effektiv vasitəçilik səylərini təqdir edir. Ümid edirik ki, bu addım gərginliyin azaldılmasına töhfə verəcək və regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün davamlı diplomatik əlaqələri təşviq edəcək", – deyə İrakli Kobaxidze qeyd edib.

Baş nazir vurğulayıb ki, atəşkəsin qorunması və diplomatik dialoqun davam etdirilməsi regionda uzunmüddətli sabitlik üçün mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.