08 aprel 2026 21:44
115

ÇL: "Sabah" Almaniya təmsilçisinə qalib gəlib

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında ikinci matçına çıxıb.

“İki sahil” xəbər verir ki, B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivi ilə üz-üzə gələn Bakı təmsilçisi 72:61 hesablı qələbə qazanıb.

Qarşılaşma Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki "SD Laktasi" idman salonunda keçirilib.

Qeyd edək ki, "bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.