Bəhreyn Krallığının hava məkanı uçuşlar üçün yenidən açılıb.
“İki sahil” xəbər verir ki, Bəhreyn Mülki Aviasiya İdarəsi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, hava hərəkətinin fasiləsizliyini təmin etmək və ən yüksək təhlükəsizlik standartlarına riayət etmək məqsədilə müvafiq qurumlarla davamlı koordinasiya aparılır. Bu, həm aviasiya təhlükəsizliyinin, həm də sərnişinlərin təhlükəsizliyinin qorunmasını təmin edir.
Xatırladaq ki, İran ətrafında baş verən hərbi əməliyyatlar səbəbindən Bəhreyn də daxil olmaqla ərəb ölkələrinin hava məkanı bütün uçuşlar üçün bağlanıb.
İsrail Livanın cənubunda təhlükəsizlik zonasından qoşunlarını çıxarmaq niyyətində deyil
İsrail ordusu "İslam Cihadı" komandirinin və "HƏMAS" döyüşçüsünü zərərsizləşdirib
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı müraciətləri icraata qəbul edib