Azərbaycan və Meksika mədəni və təhsil əməkdaşlığı məsələlərini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə İztapalapa meri Aleida Alaves Ruis "X" səhifəsində bildirib.
“Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev ilə görüşümüz zamanı o, hökumətimizdə inkişaf etdirdiyimiz yağış sularının toplanması sistemi ilə maraqlandı; bundan əlavə, mədəni və təhsil əməkdaşlığı məsələlərini müzakirə etdik”, – deyə paylaşımda qeyd olunub.
Vüqar Rəhimzadə: Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar