09 aprel 2026 00:08
112

ABŞ və Macarıstan enerji sahəsində əməkdaşlığı gücləndirir

Macarıstan Amerika neftinin alışını artırır, həmçinin ABŞ ilə nüvə energetikası sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Budapeştə səfərinin yekunlarına dair Ağ Evin açıqlamasında deyilir.

Qeyd olunub ki, Macarıstanın "MOL" şirkəti Amerika şirkətlərindən ümumi məbləği təqribən 500 milyon dollar olan 510 min xam neft alıb. Vaşinqton və Budapeşt həmçinin kiçik modul reaktorları, xüsusən də Macarıstan tərəfindən potensial dəyəri 20 milyard dollara qədər olan 10-a qədər kiçik reaktorun inşası layihəsi üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib.

Həmçinin iki ölkə arasında Amerikanın "Westinghouse" şirkətindən "Pakş-1" AES üçün onun bütün istismar dövrü ərzində nüvə yanacağının alınmasına dair anlaşma memorandumu imzalanıb.