ABŞ Livanın İranla müvəqqəti atəşkəs razılaşmasına daxil edilməsi ehtimalını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün brifinqdə bildirib.
O, bir daha xatırladıb ki, hazırda İranla atəşkəs razılaşması Livanda hərbi əməliyyatların dayandırılmasını ehtiva etmir.
"Livan atəşkəsin bir hissəsi deyil... Əminəm ki, bu məsələ prezident (ABŞ Donald Tramp), baş nazir (İsrail Binyamin) Netanyahu və cəlb olunmuş bütün tərəflər tərəfindən müzakirə olunacaq", - deyə Levitt bildirib.
Ağ Evin nümayəndəsi həmçinin İsrailin İranla atəşkəs razılaşmalarını pozmağa cəhd etməsinə dair fərziyyələri rədd edib:
"Şəxsi söhbətində baş nazir Netanyahu (Trampla - red.) məhz açıq şəkildə bəyan etdiklərini ifadə edib: o, prezidenti dəstəkləyir və İsrail ABŞ-ın əsas müttəfiqi və tərəfdaşı olaraq qalır".