09 aprel 2026 10:32
120

İranın nümayəndə heyəti danışıqlar yerinə gedəcək - Əmiri

İranın nümayəndə heyətinin 10 maddəlik təklif əsasında danışıqlar aparmaq üçün bu gecə Pakistanın paytaxtı İslamabada gedəcək. 

“İki sahil” xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Moqadam açıqlayıb. 

"Sionist rejimin atəşkəsi dəfələrlə pozması və bu diplomatik təşəbbüsü sabotaj etmək məqsədi daşıması səbəbindən İranda ictimai rəyin şübhəsinə baxmayaraq, İran nümayəndə heyəti hörmətli Baş nazir Şahbaz Şərifin dəvəti ilə bu gecə İranın təklif etdiyi 10 maddəlik plana əsaslanan ciddi danışıqlar üçün İslamabada gələcək", - deyə səfir X hesabında yazıb.