09 aprel 2026 10:44
120

Nazir müavini: İndiyə qədər təhsil kreditlərinə 74 milyon manat ayrılıb

"Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir".

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial media hesabında yazıb.

O bildirib ki, hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb".

Nazir müavini qeyd edib ki, təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır.