09 aprel 2026 11:32
164

Şirvanda piyada körpüsü yenidən qurulacaq

Şirvan şəhərində qəza vəziyyətinə düşmüş piyada körpüsünün yenidənqurulması həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq hazırlıqlara başlayıb.

Belə ki, Şirvan şəhəri ərazisində Baş Şirvan kollektoru üzərində qəza vəziyyətinə düşmüş piyada körpüsünün yenidən qurulması nəzərdə tutulur.

Bu işlərə 303 min 470 manat sərf olunacağı proqnozlaşdırılıb.