Bu gün GİN-in Voleybol Mərkəzində yarımfinal çərçivəsində "Gəncə" - "Turan" və "Milli Aviasiya Akademiyası" - "DH Volley" qarşılaşmaları baş tutub. “İki sahil” xəbər verir ki, hər iki oyunda 3:0 hesabı qeydə alınıb. "Turan" və "DH Volley" klubları ilk görüşdə qələbə qazanmaqla finala vəsiqə uğrunda üstünlük əldə ediblər.
Bu komandaların cavab matçları aprelin 11-də və 13-də baş tutacaq. Aprelin 11-də Bakıda "DH Volley" və "Milli Aviasiya Akademiyası", aprelin 13-də isə Tovuzda "Turan" və "Gəncə" komandaları üz-üzə gələcəklər. Əgər “Turan” və “DH Volley” komandaları cavab oyununda da qalib gələrlərsə, finala vəsiqə qazanacaqlar. Əks təqdirdə qızıl set oynanılacaq.
Oyunların nəticələri
8 aprel 2026
Yüksək Liqa (qadınlar) | yarımfinal, 1-ci oyun
“Gəncə” – “Turan” 0:3 (22:25, 12:25, 13:25)
“Milli Aviasiya Akademiyası” – “DH Volley” 0:3 (22:25, 19:25, 19:25)