“Şəhərsalma və Memarlıq İli”nə aid tədbirlər planına uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin və YAP-ın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhərsalma siyasətini, memarlıq kimliyini və davamlı inkişaf konsepsiyasını təşviq etmək, eləcə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair ictimai maarifləndirmə məqsədilə YAP-ın İsmayıllı rayon Təşkilatının inzibati binasında tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, YAP-ın İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüş zamanı memarlıq və şəhərsalma sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu cür tədbirlər rayonun inkişafına töhfə verməklə yanaşı, aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.