İsrailin baş naziri Binyamin Netanyahu-ya qarşı aparılan cinayət işləri üzrə məhkəmə dinləmələri aprelin 12-dən etibarən yenidən bərpa olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri məlumat yayıb.
Məlumata görə, məhkəmə prosesi bir neçə həftəlik fasilədən sonra davam etdiriləcək. Fasilənin əsas səbəbi İsrail ilə İran arasında baş verən gərginlik və münaqişənin başlanması olub. Mövcud təhlükəsizlik şəraiti məhkəmə proseslərinin müvəqqəti dayandırılmasına səbəb yaratmışdı.
Bundan əvvəl ABŞ prezidenti Donald Trump İsraildə Netanyahuya qarşı aparılan məhkəmə araşdırmasının dayandırılmalı olduğunu bildirmişdi. Bu açıqlama beynəlxalq səviyyədə də diqqət çəkmiş və müxtəlif reaksiyalar doğurmuşdu.
Müşahidəçilərin fikrincə, məhkəmə prosesinin yenidən başlaması İsrailin daxili siyasətinə və hökumətin fəaliyyətinə təsir göstərə bilər.
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər